Kriminal

Sevgilisinin qayınanasını öldürən şəxsdən xəbər var – VİDEO

Sharing is caring!


Ağcabədidə qadını öldürməkdə təqsirləndirilən Seymur Cəfərovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 31-nə təyin edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi apellyasiya şikayətini qismən təmin edib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü dəyişdirilib. Belə ki, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsinə tövsif edilib və o, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra məhkum Ali Məhkəməyə üz tutub.

Qeyd edək ki, 1962-ci il təvəllüdlü Faxrəndə İbrahimovanın 2020-ci ilin fevralın 23-də Ağcabədi şəhərində yerləşən evinin həyətində ölmüş vəziyyətdə aşkar olunması faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması İstintaq idarəsinə həvalə edilib. İstintaqla Yevlax rayonunun Bəydilli kənd sakini, 1992-ci il təvəllüdlü Seymur Elxan oğlu Cəfərovun 22.02.2020-ci il tarixdə saat 1 radələrində əmisi oğlunun yaşadığı evdə olarkən onun arvadı Əfsanə Cəfərova ilə yaxın münasibətdə olmasının ifşa edilməsinin qarşısını almaq məqsədilə bundan xəbərdar olan sonuncunun qayınanası Faxrəndə İbrahimovanı çarpayıda uzanıqlı vəziyyətdə yastıqla ağız nahiyəsinə sıxıb qəsdən həyatdan məhrum etməsinə əsaslı şübhələr müəyyən edilib. Seymur Cəfərov 08.02.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Əfsanə Cəfərova 1 fevral 2022-ci il tarixində televiziya verilişlərindən birində qayınanası Faxrəndə İbrahimovanı itələməklə ölümünə səbəb olduğunu bildirmişdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir