Cəmiyyət

Azərbaycanda qanunsuz ov edən əcnəbilər ölkədən xaric edilə bilərlər – FOTO

Sharing is caring!


“Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə ov icazəsi dövlətimizin qanunlarından və beynəlxalq konvensiyalardan irəli gəlir”.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook”da canlı yayımlanan “Ekspert saatı”nda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, onların da digər Azərbaycan vətəndaşları kimi qanunlara riayət etmək şərti ilə ov etmək hüququ var:

“Onlar ov qaydalarına riayət edilmədikdə müvafiq qaydada cərimələnir, İnzibati Xətalar Məcəlləsinə görə, dəymiş ziyan min manatı ötərsə, Cinayət Məcəlləsinə uyğun qaydada tədbir görülür. Gələcəkdə həmin əcnəbi şəxslərin daxil olduğu ölkənin qanunlarını pozması səbəbindən ölkədən xaric olunması ilə bağlı müvafiq orqanlara müraciət edirik. Gələcəkdə onların bu hüquqlarının məhdudlaşdırılması, təkrarən ov fəaliyyətinə buraxılmaması məsələsi də nəzərə alınır”.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev isə bildirib ki, bu işlər koordinasiyalı şəkildə həyata keçirilir:

“Əgər qanunu pozanlar olursa, əcnəbi və ya onlar üçün müraciət edən şirkətlərə növbəti dəfə ov icazəsi verilmir. Qeyd edim ki, ovçuluqla bağlı bizim vətəndaşların qaydaları pozması faktına daha çox rast gəlinir. Son illərin göstəricilərinə əsasən, qayda pozuntularının 10 faizi əcnəbilərin payına düşür”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir