Cəmiyyət

MŞ İH üzvü: “Media haqqında” qanunla bağlı müxtəlif istiqamətlərdən sifarişlər gəlir”

Sharing is caring!

“Media haqqında” qanunla bağlı ən müxtəlif istiqamətlərdən sifarişlərin gəldiyini görürük. Halbuki Azərbaycanda Media Reyestrinin yaradılmasında məqsəd ölkənin media sektorunda səliqə-sahman yaratmaqdır”.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli deyib.

O bildirib ki, bu prosesdə sosial şəbəkələrdə xəbər yayanlarla peşəkar xəbər yayanların sərhədi məlum olur:

“Media Reyestri bir növ peşəkar xəbər yayan media təmsilçilərinin hüquqlarını qoruyur, səlahiyyətlərini müəyyən edir. Amma təəssüflər olsun ki, Azərbaycanda media mühitinin şəffaflaşmasını istəməyən qüvvələr var və son günlər həmin qüvvələr aktivləşib. Həmin şəxslər əvvəldən də “Media haqqında” qanuna və Media Reyestrinə qarşı dar çərçivədə kampaniya aparıblar. Çox təəssüf ki, bu aktivləşmə sifarişi kənardan gəlmə bir kampaniyadır”.

Onun sözlərinə görə, əslində bu məsələdə kəsişən maraqlar mövcuddur:

“Biz ən müxtəlif istiqamətlərdən sifarişlərin gəldiyini görürük. Avropadan gələn bəzi istiqamətlər erməni lobbilərinin maliyyəsi hesabına fəaliyyət göstərir və Azərbaycan haqqında qeyri-demokratik imic yaratmaq istəyirlər”.

“Prosesdə üçüncü istiqamət də İran tərəfindən gələn sifarişdir. Səbəb isə odur ki, İranla bağlı hazırda ciddi problem yaranıb. Azərbaycanın İrandakı səfirliyinə edilən hücumla bağlı İranı ciddi şübhə və təzyiq altında qoyur. Bu baxımdan da onlar Azərbaycanda gündəmi dəyişmək istəyirlər”, – deyə M.Ələsgərli qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir