Siyasət

Tarixçi alim: “Ermənistanın havadarları anladılar ki, geri çəkilməkdən başqa yol yoxdur” – FOTO

Sharing is caring!


“2020-ci ilin Zəfər Günü Azərbaycan xalqının taleyində və tarixində ən şərəfli bir gündür. Zəfər Günü xalqımızın, Ordumuzun taleyinə, Azərbaycanı istəyən qüvvələrin tarixinə qızıl hərflə yazılıb”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru Anar İsgəndərov Zəfər Günü ilə bağlı danışarkən deyib.

Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində Ordumuz Ermənistanı müdafiə edən Qərb dövlətlərinin niyyətlərini də darmadağın edib:

“44 günlük Vətən müharibəsində Ermənistanı hər zaman müdafiə edən, ona hər cür yardım göstərən Qərb dövlətləri və onların rəhbərləri Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevlə hər cür danışıqlar apardılar ki, Ordumuzu dayandırsınlar. Lakin onlar anlamırdılar ki, öz qətiyyəti, gücü və Vətənə olan məhəbbəti ilə İlham Əliyev hamıdan seçilir. O, siyasi qərarı qəbul edərkən hər şeyi hesablayıb.

Tarixi torpaqlarımız 30 il düşmən tapdağı altında qaldı. Ancaq bu daha davam edə bilməzdi. Ali Baş Komandan öz xalqına verdiyi sözü tutdu, onun sərkərdəliyi ilə torpaqlarımız işğaldan azad olundu. İndi müqəddəs üçrəngli bayrağımız işğaldan azad edilən torpaqlarımızda dalğalanır”.

A.İsgəndərov bildirib ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi və siyasi gücünü ortaya qoydu, Ermənistanın havadarları anladılar ki, düşmənin bizim əsgərin gücü, Ali Baş Komandanın siyasi qərarının qarşısında geri çəkilməkdən başqa yolu yoxdur:

“Azərbaycanın dövlət başçısı 44 günlük Vətən müharibəsindən sonra bəyan etdi ki, artıq Qarabağ problemi yoxdur. 30 il ərzində üzərinə götürdüyü missiyanı yerinə yetirməyi bacarmayan, ya da sadəcə, istəməyən ATƏT-in keçmiş Minsk qrupu da nə qədər çabalasa da, nəticəyə müdaxilə etmək səyləri puç oldu.

Artıq bunlar arxivə qovuşdu. Azərbaycan Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərində quruculuq işlərinə başladı. Ancaq ermənilərin ərazilərimizdə minaları kartof kimi “əkməsi”, Ermənistan silahlı qüvvələrinin Qarabağda qalan tör-töküntüləri, separatçılar bölgədə çox böyük təhlükə olaraq qalmaqda idi”.

Deputat qeyd edib ki, bütün bunlar Azərbaycanı qətiyyətli addımlar atmağa məcbur etdi, 2023-cü ilin sentyabrın 19-20-də gerçəkləşdirilən lokal antiterror tədbirləri ilə ərazilərimizdə suverenliyimiz tam bərpa olundu:

“Artıq Azərbaycanın heç bir yerində separatçı qüvvə yoxdur. Biz dünyanın bir çox ölkələrini içdən yeyən, sülhə hər zaman təhdid olan separatçılığın kökünü kəsdik. İndi Zəfər Gününü Şuşa ilə yanaşı, Xankəndidə, Xocalıda da qeyd edəcəyik. Bir daha deyirəm, bu, şərəf tariximizdir. Bu gün hər bir azərbaycanlı – məktəbli də, tələbə də, jurnalist də, parlament üzvü də, hökumət üzvü də bu bayramla fəxr edir.

Bu, xalqımızın, dövlətimizin qələbəsidir. Bu, ümummilli lider Heydər Əliyevin arzusu idi və Ali Baş Komandan İlham Əliyev də bu arzunu reallaşdırdı. Azərbaycan qalib dövlətlərin sırasına qoşuldu. Onun əsgəri bu gün dünyanın ən güclü əsgərlərindən biridir. Qalib Azərbaycan öz uğurlarını dünyaya bəyan edir. Eyni zamanda, regionda sülhə təhdidlərə qarşı mübarizəsini də davam etdirir. Və artıq düşmənlərimiz də agahdırlar ki, Azərbaycanla zarafat etmək olmaz: növbəti mümkün təxribatın “dəmir yumruğu” daha ağır olacaq”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir