Dünya

Estoniyada 20 milyon avroluq COVID peyvəndi məhv ediləcək

Sharing is caring!


Bu il Estoniyanın Səhiyyə Sığorta Fondu Tartu Təhlükəli Tullantıların Yandırılması Zavoduna ən azı 20 milyon avro dəyərində vaxtı keçmiş koronavirus vaksinlərini göndərməli olacaq.

Məlumata görə, “Omikron” ştamı üstünlük təşkil edəndən sonra Estoniyada koronavirusa qarşı peyvəndlənməyə maraq xeyli azalıb, lakin tədarük müqaviləsinə əsasən, ölkə vaksinləri almağa borcludur.

Bildirilir ki, vaskinlər digər tullantılarla birlikdə 1350 dərəcəyə qədər temperatura çatan fırlanan sobada utilizasiya ediləcək. Ultrayüksək temperatur ətraf mühit üçün potensial zərərli bütün maddələri məhv edir. Nəticədə yaranan yanma qazları isə üç mərhələdə təmizlənir.

Qeyd olunur ki, bütövlükdə vaxtı keçmiş 871 934 doza koronavirus peyvəndi utilizasiya ediləcək.

Mənbə: err.ee

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir