Cəmiyyət

Naxçıvan əhalisinin etnik tərkibi: Azərbaycanlılar, kürdlər, ruslar, ermənilər – Rəsmi STATİSTİKA

Sharing is caring!


Bu ilin əvvəlində Naxçıvan Muxtar Respublikasında (NMR) əhali sayı 465 700 nəfər qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsinin Azərbaycanın regionlarına dair statistik məlumatında qeyd olunub.

Rəsmi məlumata görə, 2022-ci ildə Naxçıvanda 2571 nikah, 571 boşanma qeydə alınıb.

Naxçıvan MR-də əhalisi ən çox olan rayon Şərurdur. Statistikaya görə, bu rayonda 112 292 nəfər yaşayır. Əhalisinin sayına görə ikinci yerdə Naxçıvan (96 385 nəfər) şəhəri, üçüncü yerdə Babək (77 342 nəfər) rayonu qərarlaşıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-ci ildə aparılmış əhalinin siyahıyaalınması prosesi nəticəsində NMR-in milli (etnik) tərkibi də müəyyənləşdirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir