İdman

Qadınlardan ibarət Azərbaycan milli komandası Monteneqro ilə qarşılaşacaq

Sharing is caring!


Qadınlardan ibarət Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək.

Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

Bildirilib ki, yığmamız Millətlər Liqasında IV turun matçına çıxacaq.

Siyasət Əsgərovun yetirmələri Monteneqro yığması ilə qarşılaşacaq. Bu, qrup liderlərinin dueli olacaq.

Səfərdə rəqibinə qalib gələn millimiz 1-ci pillədəki mövqeyini möhkəmlətmək üçün ən yaxın izləyicisini üstələməyə çalışacaq. Görüş “Dalğa Arena”da baş tutacaq.

Qeyd edək ki, qrupun digər matçında Farer adaları Kipri qəbul edəcək.

Millətlər Liqası

C liqası, 3-cü qrup

31 oktyabr

16:00. Azərbaycan – Monteneqro

Baş hakim: Anastasiya Romanyuk (Ukrayna)

Bakı, “Dalğa Arena”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir