İdman

Dünya çempionatının bürünc mükafatçısı: “Bu məğlubiyyətdən dərs çıxardım”

Sharing is caring!


“Bu məğlubiyyətdən dərs çıxardım”.

“Report” xəbər verir ki, bunu yunan-Roma güləşçisi Ruslan Nurullayev (72 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23-lər arasında dünya çempionatında bürünc medal qazanması barədə Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidmətinə açıqlamasında deyib.

Gənc güləşçi 1/4 finaldakı məğlubiyyətin səbəblərini də açıqlayıb:

“Bu il mənim üçün uğurlu keçdi. Zədələrə görə tam istədiyimi göstərə bilmədim. Ancaq ümumilikdə yaxşı nəticələr qazandım. İlk dəfə qatıldığım U-23 dünya çempionatında bürünc medala yiyələndim. İnşallah, zədələri aradan qaldırıb, səhvlərim üzərində işləyərək, daha yüksək uğurlar qazanacağam. 1/4 finalda məğlubiyyətin bir neçə səbəbi var. Həm zədəyə görə tam gücümü ortaya qoya bilmədim, həm də təcrübəsizlik sözünü dedi. Eyni zamanda, bir qədər arxayınlıq oldu. Çünki İrfan Mirzoyevə gənclərin Avropa çempionatında qalib gəlmişdim”.

R.Nurullayev gələcəkdə çəkisini dəyişəcəyini istisna etməyib:

“Gələn il də 72 kq-da güləşməyi planlaşdırıram. Çəkim artsa, gələcəkdə 77 kq-a keçməyi düşünürəm. Uğurumu bu səviyyəyə gəlib çatmağımda əsas pay sahibi olan atamın ruhuna həsr edirəm”.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatını bir gümüş, üç bürünc medalla başa vurub. Yığmamız komanda hesabında 2-ci yeri tutub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir