Dünya

Tehranda bu il cəmi iki gün təmiz hava qeydə alınıb

Sharing is caring!

Hava Keyfiyyətinə Nəzarət Təşkilatı Tehranın cari il üçün havanın keyfiyyətinə dair hesabatını təqdim edib.

Qurum İran paytaxtında havanın çirklənməsinin hazırda əhəmiyyətli dərəcədə artdığını açıqlayıb.

Təşkilatın məlumatına görə, ilin əvvəlindən 148 gün məqbul hava keyfiyyəti, 110 gün həssas qruplar üçün təhlükəli, iki gün çox qeyri-sağlam, iki gün təhlükəli və cəmi iki gün təmiz hava müşahidə olunub.

Xatırladaq ki, payız və qış aylarında havanın küləksiz və yağıntısız olduğu vaxtlarda İran şəhərlərinin üzərində kirli duman müşahidə olunur.

Mənbə: rossaprimavera.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir