Dünya

Antalyada zəlzələ baş verib

Sharing is caring!


Aralıq dənizində 4,7 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, Antalyanın Demre rayonu sahillərindən 19,08 kilometr aralıda, 35,12 kilometr dərinlikdə saat 16.55-də qeydə alınan zəlzələ Demre və Finike rayonları ilə yanaşı ətraf rayonlar və şəhər mərkəzində də hiss olunub. İlkin məlumata görə, zəlzələdə heç bir dağıntı, tələfat olmayıb.

“Hələlik heç bir mənfi xəbər almadıq”, – deyə “CNN TÜRK” telekanalının canlı yayımına qatılan Antalya valisi Hulusi Şahin bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir