İdman

“Sabah” “transfer bombası”nı partladır: İtaliya “İnter”inin sabiq hücumçusu paytaxt klubunda – VİDEO

Sharing is caring!


“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Paytaxt klubu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda oyunçunun İtaliyada “İnter”, “Bolonya”, “Livorno”, “Parma”, Fransada “Klermon” və “Lion”, Almaniyada “Verder”, “Hoffenhaym”, “Herta”, Belçikada “Standart Lyej”, Birləşmiş Ərəb Əmirliklərində “Baniyas”, Qətərdə “Əl-Qarafa” klublarının formasını geyindiyi qeyd olunub.

Oyunçunun karyera yoluna baxdıqda onun əlcəzairli hücumçu İshak Belfodil olduğu müəyyənləşib.

Hazırda klubsuz olan 31 yaşlı futbolçunun qiyməti 1,5 milyon avrodur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir