Siyasət

Hikmət Hacıyev ermənipərəst senatora sərt cavab verdi – FOTO

Sharing is caring!


Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev amerikalı senator, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendesin saxta iddialarına cavab verib.

Hikmət Hacıyev bununla bağlı “X” platformasında paylaşım edib.

“Konqresmen Menendes ciddi korrupsiya iddialarına cavab vermək əvəzinə, Senatın Xarici Əlaqələr Komitəsinə feyk məlumat və saxta şəkillərlə yalan danışır. Şəkildə təqdim olunan şəxs xərçəng xəstəliyindən dünyasını dəyişib. Ermənilər özləri də tibbi sübutlar təqdim etdikdən sonra bu çılpaq yalandan istifadə etdikləri üçün utanırlar. Bu cür lobbiçilik, “pul danışır” yanaşması, azərbaycanlılara və başqalarına qarşı açıq-aşkar yalan və irqçi nifrət ABŞ Konqresinin imicinə və qlobal reputasiyasına xələl gətirir”, – Hikmət Hacıyev paylaşımında qeyd edib.

Məlumat üçün qeyd edək ki, Senatın Xarici Əlaqələr Komitəsinin sədri senator Bob Menendes erməni diasporu ilə sıx əlaqələri ilə tanınır. O, mütəmadi olaraq Azərbaycan dövləti əleyhinə əsassız və saxta ittihamlarla çıxış edir, Qarabağdakı separatizmə açıq dəstək verir. 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir