Cəmiyyət

İş yeri pullu parklanma zonasına yaxın olan vətəndaşa güzəşt varmı? – FOTO

Sharing is caring!


Nazirlər Kabinetinin iyunun 25-də təsdiq etdiyi “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında qərarına görə, paytaxt Bakı, Sumqayıt və Gəncə şəhərlərində qiymətlər müəyyən edilib. 

Həftənin bazar günləri isə dövlətə məxsus parklanma yerlərində avtomobillərin park edilməsi ödənişsiz olur. Artıq yeni qaydalar qüvvəyə minib. 

Qərarda göstərilib ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər müraciət edərək fərdi parklanma talonları ala və həmin parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər.

Nəzərə alsaq ki, yeni qaydalarda parklanmanın saatı 1 manatdan başlayır, əgər şəxs iş yerinə yaxın yerdə parklanma edirsə, bu, gündəlik səkkiz-doqquz manata başa gəlir.

Bəs iş yeri parklanma ərazisinin yanında olan şəxslər buradan ödənişsiz istifadə edə bilərlərmi?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, şəhərdə parklanma əraziyə görə mərkəz və dörd zonaya bölünüb. Burada bir saatı mərkəz üzrə bir manat təşkil edir. Birinci, ikinci və üçüncü zonalar üzrə bir saatı müvafiq olaraq 70, 40 və 30 qəpik səviyyəsində müəyyən edilib. Dördüncü zona pulsuzdur. 

Yaşayış yeri üzrə ödəniş tələb olunmur. Fərdi parklanma talonunu əldə edən sürücülərin yaşayış yerləri parklanma ərazisindən 100 metr radiusda yerləşirsə, onlar ödənişsiz şəkildə avtomobillərini saxlaya bilirlər. Bundan başqa hər hansı bir güzəşt nəzərdə tutulmur”.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Oxu.Az-a açıqlamasında bildirib ki, parklanmanın əsas mahiyyəti odur ki, insanlar avtomobillə yox, ictimai nəqliyyatla, yaxud piyada hərəkət etsinlər. Bu da şəhər küçələrində sıxlığı azaldacaq”.

Ekspert əlavə edib ki, qərarda parklanmaya yaxın ərazidə yaşayanlara güzəştlər var və vətəndaşlar istifadə edə bilərlər:

“Amma əlavə güzəştlər edildilsə, problemlər, küçələrdə parklanma artacaq və şəhər iflic olacaq. Biz çəkindirici alətlərdən istifadə edərək bu problemin qarşısını ala bilərik. Qaydalarda da, sadəcə, ərazidə yaşayan şəxslər üçün güzəşt nəzərdə tutulub”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir