Cəmiyyət

Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib

Sharing is caring!


Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə qəbul elan edir.

DSX-nin Mətbuat Mərkəzindən bildiriblər ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar Dövlət Sərhəd Xidmətinə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

Namizədlər aşağıdaki tələblərə cavab verməlidir:

Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;

30 yaşı keçməməli;

Fiziki cəhətdən sağlam olmalı;

Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşmaları xahiş olunur.

Əlavə məlumat üçün:

Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi 30.

Əlaqə nömrəsi: 012-493-62-47

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir