Cəmiyyət

İlkin Zəfərli: “Şablondan çıxmaq lazımdır”

Sharing is caring!


“Bizim kreativliyə ehtiyacımız var”.

Bu sözləri Oxu.Az-a açıqlamasında “Nine Senses” Yaradıcılıq və Özünüinkişaf Mərkəzində bədii-kreativ fotoqrafiya və mobiloqrafiya studiyasının açılışı zamanı eksperimental fotoqrafiya üzrə mütəxəssis İlkin Zəfərli deyib.

O, yaradıcılığında müxtəlif mövzulara toxunduğunu qeyd edib:

“Artıq 10 ilə yaxındır ki, miniatür şəkillərin və videoların üzərində işləyirəm. Müxtəlif vasitələrdən istifadə edirəm.

Yaşıl enerji, yəni ekologiya, rabitə qurğuları, kukla evi, yapon stilli meşə kimi əl işlərim var. Müxtəlif mənalar daşıyırlar. Biz ideya yaratmaq üçün düşünürük. Gənclərimizin də kreativ düşünməsini istəyirəm. Bizim kreativ fikirləşməyə ehtiyacımız var. Şablondan çıxmaq lazımdır”.

“Bu mərkəzdə gənclərə dərslərimiz plan üzrə olmayacaq. İdeyalar fikirləşib, ortaya qoyulacaq. Gəncləri kreativ fikirləşməyə sövq etməliyik”, – deyə İ.Zəfərli əlavə edib.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir