Abşeron rayonunda “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üvzləri ilə görüş keçirilmişdir. Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə başçının müavini Gülnar Rəhimova, Sumqayıt şəhərinin, Abşeron, Siyəzən və Xızı rayonlarının polis idarələrinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun əməkdaşları, bələdiyyə sədrləri və icra nümayəndələri iştirak etmişdir.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək icra hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının öz fəaliyyətlərini həyata keçirən zamanı “Məişət zorakılğının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanununun tələblərini rəhbər tutaraq məişət zorakılığı qurbanlarına daha çevik dəstəyin göstərilməsi, mühafizə orderlərinin verilməsi, zəruri hallarda qurbanların sığınacaqlara yerləşdirilməsi, eləcə də baş vermiş zorakılıq halları ilə əlaqədar müvafiq tədbirlərinin vacibliyini bildirmişdir.Görüşdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun icrasında rayon icra hakimiyyətlərinin qarşısında qoyulmuş vəzifələr və bununla bağlı rayonda görülmüş işlər barədə ətraflı məlumat vermiş, eyni zamanda, məişət zəminində baş verən zorakılıq hallarının hər bir insanı narahat etdiyini vurğulamışdır.Sonra çıxış edən monitorinq qruplarının üvzləri yerlərdə baş vermiş məişət zorakılığı halları ilə bağlı monitorinq qruplarına daxil olmuş müraciətlər və bu sahədə görülmüş işlər, o cümlədən ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər barədə danışmışlar.Daha sonra məişət zorakılığının qarşısının alınması zamanı qarşıya çıxan problemlər və onların həlli yolları müzakirə edilmişdir.
Oxşar Xəbərlər
İki balina ov zamanı 17 köpək balığını yedi
Cənubi Afrikada bir cüt erkək balina iki saat davam edən ov ərzində 17 köpək balığını öldürüb. Məlumatına görə, elm adamları 2009-cu ildən bu “bədnam” su qatillərini izləyirlər. Belə ki, mütəxəssislər növbəti araşdırma zamanı qeyd ediblər ki, qatil balinalar sahildən uzaqlaşmadan kiçik bir ərazidə ova çıxırlar. Sonuncu belə ovdan sonra tədqiqatçılar Mirvari Sahilində uzunluğu 3 metrə […]
Təlim, təhlil və tədqiqat sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır – FOTO
Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Əmək və Sosial Təminat Təlim və Tədqiqat Mərkəzinin (ÇASGEM) sədri Elif Gökçearslanın başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada nümayəndə heyəti ilə görüş olub. Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli iki […]
İranda iki yüksək vəzifəli şəxs işini itirdi – FOTO
İranın vitse-prezidenti Məsud Mirkazemi Dövlət Proqram və Büdcə Təşkilatının rəhbəri vəzifəsindən azad edilib. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. Bildirilib ki, bu vəzifəyə Vergi İdarəsinin keçmiş rəisi Davud Mənzur təyin olunub. Mirkazemi isə həmin təşkilatda fəaliyyətini müşavir vəzifəsində davam etdirəcək. Eyni zamanda Məhəmməd Cavad Sədatinejad kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib. Onun yerinə […]