Cəmiyyət

Təlim, təhlil və tədqiqat sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır – FOTO

Sharing is caring!


Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Əmək və Sosial Təminat Təlim və Tədqiqat Mərkəzinin (ÇASGEM) sədri Elif Gökçearslanın başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada nümayəndə heyəti ilə görüş olub.

Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli iki ölkə arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əlaqələrin daim genişlənməkdə olduğunu qeyd edib. O imzalanan yeni sənədin təlim, təhlil və tədqiqat sahəsində də geniş əməkdaşlıq imkanları açdığını vurğulayıb.

E.Gökçearslan əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı təcrübə mübadilələrinin əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə əməkdaşlığa dair Fəaliyyət Planı imzalanıb. Fəaliyyət Planına əsasən əmək bazarında müasir korporativ idarəetmə üsullarının tətbiqi və sağlam əmək münasibətləri ənənələrinin formalaşdırılması üzrə birgə təlimlərin təşkili nəzərdə tutulur.

Sənəddə həmçinin fəaliyyət sahələri üzrə sorğu və monitorinqin təşkili, təhlil və tədqiqatların aparılması istiqamətində qarşılıqlı əməkdaşlıq edilməsi əksini tapır.

İki qurum həmçinin qeyri-formal məşğulluğun mövcud vəziyyətinin qiymətləndirilməsi və onu yaradan səbəblərin və risklərin aradan qaldırılması üzrə birgə təhlillər aparacaq, bu sahələrdə təkmilləşdirmələrin aparılması üçün birgə təkliflər hazırlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir