Cəmiyyət

Salyanda məktəbdə pozuntular aşkarlandı: Prokurorluq araşdırma aparır

Sharing is caring!


Salyan rayonunun Kərimbəyli kənd H.Şahbazov adına tam orta məktəbində pozuntular aşkarlanıb.

APA-nın Mil-Muğan bürosunun Şirvan-Salyan Regional Təhsil İdarəsinə sorğusuna cavab olaraq bildirilib ki, idarə tərəfindən orta məktəbdə aparılmış monitorinq zamanı ciddi nöqsanlar aşkar edilib. Monitorinq zamanı məktəbdə əmək qanunvericiliyinin, digər normativ hüquqi aktların və maliyyə pozuntusunun aşkarlandığı bildirilib.

Məsələyə hüquqi qiymət verilməsi üçün Salyan Rayon Prokurorluğunda müvafiq araşdırmaya başlanıb.

Məktəbin direktoru Ramil Zeynalov Regional Təhsil İdarəsinə rəsmi ərizə ilə müraciət edərək tutduğu vəzifədən azad olunmasını istəyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir