İdman Manşetüstü

Rusiyada azarkeşlər oyunlara maska və əlcəklə gələcəklər

Sharing is caring!

Rusiyanın İdman naziri Oleq Matıtsin Premyer Liqanın geridə qalan hissəsinin təfərrüatları barədə danışıb.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, o, nazirliyin vəzifəsinin idman yarışlarının təşkili və keçirilməsi olduğunu bildirib.

Matıtsinin sözlərinə görə çempionatın yenidən başlaması onların ümumi qələbəsidir.

Nazir XXIII tur matçlarının 19-21 iyunda oynanılacağını söyləyib. O, qoyulan bütün tələblərin yerinə yetiriləcəyini sözlərinə əlavə edib: “Bütün iştirakçıların sağlamlığı olduqca vacibdir. Təhlükəsizlik tədbirləri stadiona giriş mərhələsində həyata keçiriləcək. Giriş yalnız maska və əlcəklərlə mümkün olacaq. Bu, bir tələbdir. Heç bir yeməkdən istifadə olunmayacaq, yalnız su içmək mümkün olacaq”.

Qeyd edək ki, martın 17-də dayandırılan Rusiya Premyer Liqası iyunun 19-da bərpa olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir