Cəmiyyət

13 yaşlı Zəhranın eşitməsi üçün sizin yardımınıza ehtiyacı var – FOTO

Sharing is caring!


13 yaşlı Zəhranın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Gülnarə Yaqubova məlumat verib.

O bildirib ki, övladı anadangəlmə eşitmə məhdudiyyətlidir.

“Zəhranın 13 yaşı var, anadangəlmə eşitmə məhdudiyyətlidir. Bir neçə il öncə qulağının biri əməliyyat olunub və 30% eşidir, digər qulağı isə hazırda 4% eşidir. Əməliyyat olarsa, həkimlər qulağının 30-40%-ə qədər eşidə biləcəyini deyiblər. Mənim övladım həm də epilepsiya xəstəsidir. İnanın mənə, gün ərzində 5-6 dəfə epilepsiyası tutur. Hazırda əməliyyatı və müalicələri üçün 4 000 manata ehtiyacımız var. Yoldaşım fəhlə işləyir, mən isə qızımın vəziyyətinə görə işləyə bilmirəm. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 926-97-52

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir