Dünya

Rusiya Qara dənizdə qanadlı raket daşıyan gəmilərin sayını artırır

Sharing is caring!


Rusiya Qara dənizə 4 qanadlı raket daşıyan gəmi yerləşdirib. Onların arasında 2 sualtı qayıq da var.

Bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının spikeri Sergey Bratçuk “Telegram”da bildirib.

Onun sözlərinə görə, düşmən Ukraynaya 24 kalibrli raketlə hücum edə bilər.

“Gün ərzində düşmənin aviasiya aktivliyi mümkündür. Hava hücumu siqnallarına etinasız yanaşmayın”, – deyə Bratçuk vurğulayıb.

Xatırladaq ki, 2022-ci il fevralın 24-dən Rusiya Federasiyası Ukrayna ərazisinə 5 000 raket, 3 000-dən çox təyyarə və 1 100 PUA zərbəsi endirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir