İdman

Premyer Liqa: “Neftçi” – “Kəpəz” oyununda VAR ofsayd xəttini əyri təqdim edib – FOTO

Sharing is caring!


Azərbaycan Premyer Liqasının XXVII turunda keçirilən “Neftçi” – “Kəpəz” matçının sonunda mübahisəli hal qeydə alınıb.

Oxu.Az xəbər verir ki, son dəqiqələrdə “Neftçi” Yeqor Boqomolski ilə hesabda önə keçsə də, qol oyundankənar vəziyyət səbəbindən qeydə alınmayıb. Ofsaydla bağlı VAR sistemindən təqdim olunan xəttin əyri olması ilə bağlı isə sosial şəbəkələrdə iddialar irəli sürülüb.

Məsələ ilə bağlı apardığımız araşdırmalar təqdim edilən xəttin həqiqətən əyri olduğunu üzə çıxarıb. Kompüter qrafikası ilə xətlər yenidən çəkilib və süni intellektin təqdim etdiyi xətt əvvəlkilərdən fərqli olub.

Düzdür, bu, yenə də Boqomolskinin ofsaydda olmadığı anlamına gəlmir. Belaruslu futbolçu həqiqətən oyundankənar vəziyyətdədir. Ancaq bu heç də VAR otağından düzgün olmayan qrafik təsvirin təqdim olunmasını kompensasiya etmək üçün kifayət deyil. Bu dəfə texniki səhv qərar yanlışlığına səbəb olmayıbsa, o demək deyil ki, növbəti dəfələrdə də belə olacaq. Hakimlər bu məsələlərdə daha həssas davranmalıdırlar.

Qeyd: Birinci fotoda epizodun yaşandığı bölgə üzrə ümumi qrafik təsvir yer alıb. İkinci fotoda isə doğru alternativ xətt qeyd olunub.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir