Cəmiyyət

Rusiyaya gedən alternativ yolda yük maşınlarının keçidi məhdudlaşdırılacaq – FOTO/VİDEO

Sharing is caring!


Artıq bir neçə gündür ki, Xaçmazın Qudyalçay körpüsünün yaxınlığında  çəkilən müvəqqəti alternativ yol sürücülərin istifadəsinə verilib. 

Bizim.Media-nın şimal bürosu xəbər verir ki, indi nəqliyyat vasitələri Xudat-Rusiya sərhədi və Xaçmaz-Bakı istiqamətinə uçan körpünün yanından yeni salınmış yoldan keçməklə hərəkət edirlər.

Müşahidələrimiz zamanı alternativ yoldan sürücülərin rahatlıqla keçdiklərini gördük. Onlar körpü uçandan sonra Qımılqışlaq kəndi istiqamətindən alternativ kimi təklif edilən 6 km çınqıllı yolla müqayisədə, bu yolun çox sərfəli olduğunu deyirlər.

Müşahidələrimiz zamanı çoxtonnajlı yük maşınlarının da bu yoldan istifadə etdikləri diqqətimizdən yayınmadı. 

Bəs yük avtomobillərinin istifadəsi alternativ yolun qısa zamanda çökməsinə səbəb ola bilərmi?

Xaçmaz Rayon İcra Hakimiyyətindən bildirilib ki, alternativ yolun yük maşınlarının keçməsi səbəbindən çökməsi mümkün deyil:

“Bunu baxmayaraq, qarşıdakı həftənin ilk günündən yük avtomobillərinin keçidinə məhdudiyyət qoyulacağı barədə qərar verəcəyik”.

Hələlik isə, yeni inşa edilən körpünün inşası sürətlə davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir