İdman

Messi mövsümün son oyununda meydana çıxacaq?

Sharing is caring!


ABŞ-nin “İnter Mayami” klubunun köməkçi məşqçisi Xavyer Morales Lionel Messinin mövsümün son oyununda meydana çıxacağını təsdiqləyib.

Argentinalı forvard “Şarlotta”ya qarşı keçiriləcək son matçda iştirak edəcək. Messi daha əvvəl zədəsi səbəbindən komandanın dörd oyununu buraxmışdı.

“İnter Mayami” 33 turdan sonra 34 xalla 14-cü sıradadır. Komanda MLS-in (“Major League Soccer” – ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı – red.) pley-off mərhələsinə vəsiqə qazana bilməyib.

“İnter Mayami”nin “Şarlotta”ya qarşı oyunu Bakı vaxtı ilə bu gecə saat ikidə start götürəcək.

Mənbə: espn.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir