Cəmiyyət

Qaradağda sərnişin avtobusu qəzaya düşüb, xəsarət alanlar var

Sharing is caring!


Bakının Qaradağ rayonunda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.

“Report”un məlumatına görə, 194 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə zamanı avtobusda olan sərnişinlər – 1993-cü il təvəllüdlü Məlahət Əmir qızı Abbasova və  İsmayıl Badir oğlu Abbaslı xəsarət alıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir