İdman

Millimizin sabiq futbolçusu İsveçdəki mətbuat konfransında tərcüməçilik etdi – FOTO

Sharing is caring!


Azərbaycanlı sabiq futbolçu UEFA Avropa Liqasının qrup mərhələsinin “Hekken” (İsveç) – “Qarabağ” oyunu öncəsi keçirilən mətbuat konfransında tərcüməçilik edib.

Prosport.az-ın xəbərinə görə, bu, Valeh Qafarovdur. Onun sözlərinə görə, “Sabah”ın Müşahidə Şurasının üzvü olan İqor Ponomaryovun oğlu Anatoli Ponomaryov onu bura dəvət edib.

Qeyd edək ki, Valeh Qafarov vaxtı ilə “Neftçi”də çıxış edib, gənclər millimizdə oynayıb. O daha sonra İsveçə köçüb. Hazırda İsveçin “Örebru” klubunun gənc qızlardan ibarət komandasında məşqçilik edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir