Cəmiyyət

Xaçmazda avtomobil aşdı: Xəsarət alanlar var

Sharing is caring!


Xaçmaz rayonunun Çarxı kəndində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarına aşıb.

Hadisə nəticəsində Xaçmaz rayon sakinləri – 1999-cu il təvəllüdlü Rəhman Qüvvət oğlu Zeynalov, 1998-ci il təvəllüdlü Şəhanə Qüvvət qızı Zeynalova, 1990-cı il təvəllüdlü Sevinc Asif qızı Əliyeva və 2000-ci il təvəllüdlü Gülbala Tofiq oğlu Mərdanov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir