Cəmiyyət

Abituriyentlər üçün sayılı günlər: Ali məktəblərə ixtisas seçimi necə aparılmalıdır? – VİDEO

Sharing is caring!


Ali məktəblərə ixtisas seçiminə sayılı günlər qalıb. Bu məqamda abituriyentlər daha diqqətli olmalı, düzgün seçim etməli, yüz ölçüb – bir biçməlidirlər.

Şeçiləcək ixtisaslar toplanan bala uyğun olmalıdır. Arzuolunan ixtisas üzrə ayrılan plan yerinə diqqət yetirmək də ən önəmli məqamlardan  biridir.

Təhsil eksperti Sevinc Purkeştasib deyir ki, abituriyentlər seçdikləri ixtisasları 1-dən 15-ə kimi pilləli şəkildə qeyd etməlidirlər. Keçidi topladıqları baldan yüksək olan ixtisasları da yaza bilərlər. Ancaq bu məqam maksimum diqqətli yanaşma tələb edir.

Ekspertin sözlərinə görə, abituriyentlərin əmək bazarında çox yer ayrılmış ixtisasları seçmələri daha məqsədəuyğundur. Bu onların gələcəkdə işlə təmin olunması üçün önəmlidir. Seçilən universitet də gələcək üçün böyük əhəmiyyət kəsb edir.

Ətraflı “Xəzər” TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir