Dünya

Türkiyədə üç min əhalisi olan adaya 200 min turist axın etdi

Sharing is caring!


Türkiyənin Balıkəsir bölgəsində Mərmərə mahalına bağlı və üç min əhalisi olan Avşa adasında istirahət edənlərin sayı 200 minə çatıb.

Hotellərin dolu olduğu əraziyə əlavə bərə və gəmi turları təşkil edilir. Ərzaq qıtlığının qarşısını almaq üçün adaya ətraf rayonlardan dəniz nəqliyyatı ilə ərzaq məhsulları gətirilir.

Qeyd edək ki, dənizi, qumu, günəşi və əyləncəsi ilə məşhur Avşa adası xüsusilə İstanbul və Bursada yaşayanların tez-tez getdiyi istirahət zonasıdır.

Bildirilir ki, adanın su ehtiyacı təmizlənmiş dəniz suyundan qarşılanır. Hazırda Avşaya gündə 6500 ton su təmizlənib çatdırılır.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir