Cəmiyyət

Yaş yarımlıq körpə amansız xəstəliklə mübarizə aparır – FOTO

Sharing is caring!

2020-ci il təvəllüdlü Məmmədova Gülay Orxan qızı kəskin limfoblast leykemiyadan əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun anası Məmmədova Ayşən Əli qızı məlumat verib.

O bildirib ki, yaş yarımlıq körpəsi 4 aydır ki bu xəstəliklə mübarizə aparır:

“Dörd övladım var. Onlardan biri ürək xəstəsidir. Gülay isə leykozdan əziyyət çəkir. Sümük iliyi nəqli hələ deyilməyib. 2-ci kurs kimyaterapiya almalıyıq, lakin maddi imkanımız buna əl vermir. Qızımın bədəni gündən-günə zəifləyir, göyərmələr əmələ gəlir. Halsızlığı var. Bir kurs müalicə bizə 2000 manata başa gəlir. İmkanlı şəxslərdən xahiş edirəm bizə kömək etsinlər”.

Ailə ilə əlaqə nömrəsi: 050 343 40 02

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir