Ana Səhfə Gündəm

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu şöbəsində olan anlaşılmamazlıq öz həllini tapdı!

Sharing is caring!

Çox hörmətli cənab Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov siz başda olmaqla bütün xidmətin əməkdaşlarına, o cümlədən xidmətin Ağsu rayon şöbəsinin rəisi Aqşin Xancanova XəbərAl.az saytının kollektivi adından xüsusi təşəkkürümü bildirirəm. Ona görə ki, bir neçə gün öncə Ağsu rayonundan olan şikayətçimizin müraciətinə əsasən XəbərAl.az saytında
“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin rəisi kimə güvənir?- Gəlişmə” adlı yazı dərc olunmuşdur.

Lakin sizin rəisi olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Ağsu rayon şöbəsinin əməkdaşları yazılan tənqidi yazımıza obyektiv yanaşaraq məsələni düzgün formada araşdırıb, vətandaşla şöbə rəisi arasında olan anlaşılmamazlığı aradan qaldırıb bizə öz mövqeylərini bildirdilər.
Dərhal sizin idarəniz şikayətimizi obyektiv araşdırıb sözü gedən məsələnin həllində bizə yardımçı oldular.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin rəisi mayor Aqşin Xancanov Ağsu rayon sakinini qəbul edib problemi dərhal yerindəcə həll olunmasına nail oldu.
Artıq hər şey qaydasına düşdü.

Var olun cənab General!

Siz, xidmətinizin hər hansı şöbəsi barəsində şikayətə biganə qalmayıb yerində və vaxtında tədbir görürsünüz!

Allah sizi qorusun!

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir