Siyasət

TÜRKSOY-un Baş katibi: “Türk dünyasının aşiqi olan önəmli şəxsi itirdik” – FOTO

Sharing is caring!


Türk dünyasının aşiqi olan önəmli şəxsi itirdik.

Bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycanın Milli Məclisinin deputatı Qənirə Paşayevanın vəfatı ilə bağlı “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Türk dünyasının aşiqi, TÜRKSOY-un dostu olan önəmli bir şəxsi – Qənirə Paşayevanı itirdik. Unutmayacağıq.

Ailəsinə və bütün Türk Dünyasına başsağlığı verirəm. Məkanı cənnət olsun”, – Sultan Raev qeyd edib.

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir