Cəmiyyət

Keçmiş şöbə rəisi DGK-nı niyə məhkəməyə verib? – AÇIQLAMA

Sharing is caring!


Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin keçmiş şöbə rəisi Ədalət Mehdiyev komitəni məhkəməyə verib.

Ədalət Mehdiyev “Qaynarinfo”ya açıqlamasında bildirib ki, onun məhkəməyə müraciət etməsi işdən çıxması ilə bağlı deyil.

“Mən öz ərizəmlə işdən çıxmışam. Təqaüd yaşım çatdığı üçün ərizə yazmışam. Yəni, məni komitə sədri Şahin Bağırov işdən çıxarmayıb”, – deyə o əlavə edib. 

Məhkəməyə müraciət etməsinə gəlincə, keçmiş rəis deyib ki, iddia tələbi əməkhaqqının ödənilməsi ilə bağlıdır:

“2022-ci ildə mən də daxil olmaqla beş nəfərin işi Baş Prokuror yanında Korrurpsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib. İstintaq müddətində işimdən kənarlaşdırılmışam. 11 ay araşdırma aparılıb və nəticədə məlum olub ki, bizim heç bir təqsirimiz yoxdur. Ona görə də idarə işə xitam verib. Biz də yenidən Dövlət Gömrük Komitəsinə işimizə qayıtmışıq. Həmin vaxt artıq Şahin Bağırov komitə sədri təyin edilmişdi. O da bizi qəbul etdi, uğurlar arzuladı və dedi ki, gedin işləyin. Bir aydan sonra mənim təqaüd yaşım çatdı və öz ərizəmlə işdən çıxdım. 

Məhkəməyə müraciət etməyim isə Korrupsuyaya Qarşı Mübarizə İdarəsində araşdırma aparıldığı dövrdə yığılıb qalan əməkhaqqımın ödənilməməsi ilə bağlıdır. Digər şəxlərin pulu ödənilib, bir tək mən qalmışam. Ödənilməməsinin səbəbini bilmirəm. Açığı heç məbləği də bilmirəm. Bunu maliyyə idarəsi araşdırmalıdır”.

Ədalət Mehdiyev Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi olmuş Mehman Sadıqovun və DGK-nın keçmiş sədri Səfər Mehdiyevin yaxın adamı olması barədə iddiaları əsassız adlandırıb:

“Necə onların adamı ola bilərəm ki, fəaliyyətimlə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət ediblər. Əgər mənim fəaliyyətimdə hər hansı bir neqativ hal var idisə, əvvəlcə daxili təhqiqat aparılmalı idilər. Amma Səfər Mehdiyevlə Mehman Sadıqov “materialları” birbaşa Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərdilər. Onların yaxın adamı olsaydım belə edərdilər? Bu məlumat əsassızdır. Bir daha bildirirəm ki, mən Səfər Mehdiyev və Mehman Sadıqovla qohum deyiləm, onlarla heç bir yaxınlığım yoxdur”.

Qeyd edək ki, Ədalət Mehdiyev Bakı İnzibati Məhkəməsində DGK-ya qarşı iddia qaldırıb. Ləman Musayev iş üzrə hakim təyin edilib. Məhkəmənin vaxtı isə hələ ki, müəyyənləşməyib.  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir