Cəmiyyət

Gəncədə piyadanı vuran sürücü hadisə yerində qaçıb

Sharing is caring!


Gəncədə piyadanı minik maşını vurub.

APA-nın məlumatına görə, hadisə şəhərin Şah İsmayl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1982-ci il təvəllüdlü, Sənhan Hüseynovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, piyadanı vuran avtomobil qəzadan sonra hadisə yerindən yayınıb.

Hazırda avtomobilin tapılması istiqamətində axtarışlara başlanılıb.

Faktla bağlı araşdırma aparıılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir