Cəmiyyət

Şərurda yeni Vəkil Bürosu fəaliyyətə başlayıb

Sharing is caring!


Şərurda yeni Vəkil Bürosu fəaliyyətə başlayıb.

“Report” un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Şərur rayon Bürosunun rəsmi açılış mərasimi olub.

Şərur şəhər Şəhriyar küçəsində fəaliyyətə başlayan büronun açılış mərasimində Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov, vəkillər və hüquqşünaslar iştirak ediblər.

Vəkil Bürosunun rəsmi açılış lentini Anar Bağırov kəsib və uğurlar arzulayıb.

Sonra tədbir iştirakçıları büroda yaradılan şəraitlə tanış olublar.

Bildirilib ki, ümumi sahəsi 143 kvadratmetr olan büroda iki vəkil otağı, vəkil bürosu müdiri üçün bir otaq və bir gözləmə zalı var. Büroda səmərəli iş fəaliyyəti və vətəndaşların keyfiyyətli hüquqi yardım almasını təmin etmək üçün bütün lazımi şərait yaradılıb.

Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir