Araşdırma

Ekologiya nazirliyi 700 minlik avtobomil alır – Vergi borcu olan şirkətlə şübhəli müqavilə

Sharing is caring!

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi “UDT-Texnika” MMC və “Azərmaş Group” MMC ilə satınalma müqaviləsi imzalayıb. Müqavilənin ümumi maliyyə dəyəri 782 217.28 AZN-dir.“UDT-Texnika” MMC dövlət qurumunu universal tipli tam ötürücülü minik avtomobilləri və “Azərmaş Group” MMC isə tam ötürücülü bortlu yük avtomobilləri ilə təmin etməlidir. Bunun müqabilində müvafiq olaraq “UDT-Texnika” MMC-yə 473 416 AZN, “Azərmaş Group” MMC-yə isə 308 801.28 AZN ödənilməlidir.
Dövlət qurumu hər iki şirkətdən ümumilikdə 24 avtomobil alacaq.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Azərmaş Group” MMC 24 yanvar 2019-cu ildə qeydiyyata alınıb. Nizamnanə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 195, mənzil 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Adıgözəlov Rövşən Rəfaildir.
Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi haqqında hər hansı məlumat yoxdur. Maraqlıdır ki, 2019-cu ildə yaradılan şirkət artıq 1 ildən sonra iri məbləğli satınalma müsabiqələrində iştirak etməyə başlayıb.

“UDT-Texnika” MMC-yə gəlincə, şirkət 17 dekabr 2009-cu ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 100 AZN olan MMC-nin qanuni təmsilçisi Quliyev Elsevən Əbülfət oğludur.
13 ildir faəliyyət göstərən şirkət barədə məlumatlar məhddudur. Bununla belə bəzi maraqlı faktlar var. Məsələn, mediada gedən məlumatlara görə, “UDT Texnika” MMC “Azərxalça”nın keçmiş rəhbəri, anti-korrupsiya tədbirləri çərçivəsində həbs edilən Vidadi Muradovun sevimli şirkəti olub.
Bundan başqa, şirkət 2019-cu ildə oğurluq hadisəsi ilə gündəmə gəlib. Hadisə 13 oktyabr 2019-cu il tarxidə baş verib. Şirkətin sahibi, 1980-ci il təvəllüdlü Elsevən Quliyev polisə ifadəsində naməlum şəxslərin ofisə pəncərədən girdiklərini, içində mindən çox manat və təxminən 25 min dollar olan 50×30 santimetr ölçüsündəki seyfi oğurladıqlarını bildirib.
Sonda qeyd edək ki, “UDT-Texnika” MMC-nin külli miqdarda vergi borcu var. Şirkətin bu günə olan vergi borcu 25 223.89 AZN-dir.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir