Cəmiyyət

DYP cərimə borcları ilə bağlı endirim vədi verən reklamlara görə müraciət edib – VİDEO

Sharing is caring!


Sürücülərə cərimələrin ödənməsilə bağlı müxtəlif endirim kampaniyaları qismində elanlar təqdim olunur.

Sosial şəbəkələrdə yerləşdirilən bu elanlar saxtadır və məqsəd vətəndaşların şəxsi və bank kartları məlumatlarını ələ keçirtməkdir.

Xezerxeber.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşları diqqətli olmağa çağırır.

Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Elvin Hacıyev bildirib ki, “cəriməni buradan ödəyərək endirim əldə et” kampaniyası vədi verən “asancerime.com” səhifəsi ABŞ-də yaradılıb və vətəndaşlar belə vədlərə inanmasınlar.

Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq, cərimələr tez ödənildiyi halda 10 faiz endirim təbiq olunur.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir