Dünya

Paytaxtda Türk Dünyası II Meteorologiya Forumu keçirilir

Sharing is caring!


Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Türk Dünyası II Meteorologiya Forumu keçirilir.

“Report” xəbər verir ki, forumda türkdilli ölkələrin ətraf mühit və iqlim dəyişmələri nazirləri, hidrometeorologiya xidmətlərinin rəhbər şəxsləri, dövlət qurumlarının nümayəndələri və ekspertlər iştirak edirlər.

Forumun keçirilməsində məqsəd iqlim dəyişmələri sahəsində əlaqələndirilmiş fəaliyyətin aparılması, ekstremal hava şəraiti ilə bağlı erkən xəbərdarlıq sisteminin qurulması üzrə təcrübə mübadiləsinin genişləndirilməsidir.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən forum BMT-nin İnkişaf Proqramının dəstəyi ilə baş tutur.

Xatırladaq ki, birinci forum iki il bundan əvvəl Türkiyənin Ankara şəhərində keçirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir