İdman

Tofiq Musayev: “Belə turnirlərin Bakıda tez-tez keçirilməsini istəyirik”

Sharing is caring!


“Belə turnirlərin ölkəmizdə tez-tez keçirilməsini istəyirik”.

“Report”un məlumatına görə, bunu “Rizin” Döyüş Federasiyasının Bakıda təşkil etdiyi “Landmark 7” turnirində yaponiyalı Toji Takedaya qalib gələn Tofiq Musayev deyib.

O, yarışda əməyi olan hər kəsə təşəkkür edib:

“Rəqibimə də minnətdaram. Ona karyerasında uğurlar arzulayıram. Yaponiya cəmiyyəti mənim üçün doğmadır. 2019-cu ildə orada məşhurlaşmışam”.

T.Musayev Vüqar Kərəmovun məğlubiyyətinə görə məyus olduğunu söyləyib:

“Onunla uşaqlıqdan birlikdəyik. Vüqarın günü deyildi. Üstünlüyü ələ almışdı. Amma bir səhv hər şeyi həll etdi. Vüqar yenidən o kəməri götürəcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir