Cəmiyyət

Bakıda küləyin yaratdığı təhlükə aradan qaldırıldı – VİDEO

Sharing is caring!


Bakıda küləyin yaratdığı fəsadlar aradan qaldırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən yaşayış binasının fasadında pəncərə şüşələri asılı vəziyyətdə qalaraq vətəndaşlar üçün təhlükə törətməsi barədə məlumat daxil olub.

Daxil olan məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər 15 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində güclü külək nəticəsində sınan pəncərə şüşələrini götürüb kənarlaşdıraraq təhlükəni aradan qaldırıblar.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir