Dünya

Məhkəmə Donald Trampı dələduzluqda təqsirli bilib

Sharing is caring!


Nyu-York məhkəməsi ABŞ-nin keçmiş prezidenti Donald Trampı banklara və sığortaçılara təqdim etdiyi maliyyə hesabatlarında sərvətini ildə milyardlarla dollar şişirtdiyi üçün dələduzluğa görə məsuliyyət daşıdığına qərar verib.

Çərşənbə axşamı Manhettendə hakim Artur Enqoronun çıxardığı qərar ştatın keçmiş prezidentə qarşı ən böyük iddiasını həll edir və oktyabrın 2-də başlaması planlaşdırılan məhkəmə prosesini daraldaraq ştatın 250 milyon dollar təzminat tələbini mümkün edir.

Demokratlardan olan Nyu-York Baş prokuroru Letişi Ceymsin iddiasının siyasi motivli olduğunu iddia edən Tramp, çox güman ki, qərardan şikayət edəcək.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir