Cəmiyyət

Bakıda “Türkiyə və Azərbaycan tarixi” adlı tədbir keçirilib – FOTO

Sharing is caring!


Sentyabrın 26-da Bakıda “Türkiyə və Azərbaycan tarixi” adlı tədbir keçirilib.

Oxu.Az xəbər verir ki, tədbir “Liv Bona Dea Hospital”da baş tutub.

Tədbirdə Azərbaycan və Türkiyənin millət vəkilləri, iş adamları, siyasətçiləri iştirak ediblər.

Tədbir zamanı nümayəndələr Azərbaycan və Türkiyə əlaqələrinin dərin köklərə bağlı olduğunu vurğulayıb, bu bağların vahid gücə çevrildiyini bildiriblər. 

Onlar iki qardaş ölkənin regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə eyni mövqedə münasibət bəslədiklərini deyiblər.

Qeyd edək ki, “Liv Bona Dea Hospital”da qazilərin müalicəsi aparılır, eləcə də şəhid və qazi ailələrinə dəstək göstərilir.

Daha çox şəkil burada: PhotoStock.az

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir