Dünya Manşetüstü

Azərbaycanlı fəal azadlıqda – 40 aydan sonra…

Sharing is caring!

Güney azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi 40 aylıq həbs və sürgündən sonra azadlığa buraxılıb.

XəbərAl.az xəbər verir ki, fəal üç aylıq sürgün müddəti başa çatdıqdan sonra oktyabrın 29-da həyat yoldaşı Vəhidə Kərimi ilə birlikdə evinə dönüb.

Siyamək Mirzayi Tehranın Evin həbsxanasında 3 illik həbs cəzasını çəkdikdən sonra Qayin şəhərinə sürgün edilmişdi.

39 yaşlı fəal 2016-cı ildə İranın Kəşfiyyat İşləri üzrə Nazirliyi (ETTELAAT) tərəfindən həbs olunmuşdu. O, Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyini təhdid etmək və qanunsuz qruplaşma yaratmaq kimi əsassız ittihamlarla mühakimə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir