Cəmiyyət

Əhali özbaşına “böyütdüyü” evləri necə sənədləşdirə bilər? – Ekspert açıqladı + VİDEO

Sharing is caring!


Paytaxtda köhnə binalarda artırmalar edilməsi ənənəyə çevrilib. Lakin bu artırmaların özbaşına olması onların sonrakı aqibətini sual altına qoyur.

Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev deyir ki, bu cür artırmalar söküntülər zamanı bir sıra problemlər yaradır:

“Söküntü zamanı mənzil sahibləri bu artırmaların da nəzərə alınmasını tələb edirlər. Lakin bəzi tikinti şirkətləri binaları ümumi mənzil hesabına layihələndirirlər. Vətəndaşlara isə mənzillər sənədə uyğun olaraq təqdim edilir”.

Bəs özbaşına tikililəri sonradan sənədləşdirmək mümkündürmü?

Hüquqşünas Hikmət Əliyevin sözlərinə görə, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəx və ya sanitar qovşaqların quraşdırılması və s. işlər yaşayış sahəsinin yenidən planlaşdırılması hesab olunur:

“Mənzil Məcəlləsinin 24.1 maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və ya planlaşdırılması tikinti normaları və  qaydalarına riayət edilməklə, müvafiq icra hakimiyyətinin qərarı əsasında aparıla bilər”.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir