Müharibə

Vaqif Xaçatryanın ilkin dindirilməsi keçirilib

Sharing is caring!


“Laçın” sərhəd-buraxılış məntəqəsində Meşəli soyqırımına görə saxlanılan Vaqif Xaçatryanın ilkin dindirilməsi keçirilib.

Bunu APA-ya açıqlamasında baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib.

İlqar Səfərov bildirib ki, Vaqif Xaçatryan saxlanıldıqdan sonra ilkin olaraq onun tibbi müayinəsi keçirilib, o, tibb müəssisəsinə köçürülüb:

“Səhhəti ilə bağlı həkimlər tərəfindən müayinəsi aparılıb. Tibbi müayinəsi aparıldıqdan sonra isə vəkillə və tərcüməçi ilə təmin edilib. Vaqif Xaçatryana qarşı verilmiş ittihamlar elan edilib və ilkin dindirilmə keçirilib. Hazırda onunla bağlı digər istintaq hərəkətləri aparılır”, – o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir