İdman

Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaqlar

Sharing is caring!




Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olacaqlar.

Oxu.Az-ın məlumatına görə, yarımfinalın cavab matçlarından biri Qəbələdə, digəri Bakıda baş tutacaq.

İlk olaraq “Qəbələ” və “Zirə” komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşma saat 17:00-da başlayacaq. Bakıdakı ilk görüşdə qəsəbə təmsilçisi qələbə qazanıb – 2:1.

İkinci finalçının adına Azərbaycan derbisində aydınlıq gələcək. “Qarabağ” – “Neftçi” oyunu saat 20:00-da start götürəcək. İlk dueldə Ağdam klubu rəqibini dörd cavabsız qolla üstələyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir