Cəmiyyət

Milli ideyaların çiçəklənməsinə həsr olunmuş ömür

Sharing is caring!

Müasir Azərbaycan tarixinin böyük bir hissəsi, önəmli bir mərhələsi, daha dəqiq desək, müstəqilllik tariximizin müasir mərhəlıəsi Ulu Öndər Heydər Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Ümumiyyətlə, dahi rəhbərin Azərbaycana 34 illik rəhbərlik dövrü Azərbaycan tarixinin ən mühüm inkişaf mərhələsi olmuşdur. Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb.

Ulu öndər Ulu Öndər 1991-ci ildə Naxçıvan MR Ali Məclisinin sədri seçildiyi qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, quruma siyasi mədəniyyət gətirdi. Onun qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi. Tam dəqiqliklə söyləmək olar ki, Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ümumiyyətlə, Ulu Öndərin Naxçıvana rəhbərlik etdiyi dövr respublikanın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. Ümummilli lider ilk növbədə burada ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, muxtar respublikanın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi, müstəqilliyin qorunub saxlanması üçün bütün istiqamətlərdə kompleks tədbirlər həyata keçirildi.

O vaxt ulu öndər Heydər Əliyev idarəçiliyin sükanını öz əlinə almasaydı, milli azadlığımız uğrunda qətiyyətli mübarizə aparmasaydı, kim bilir, dövlətçiliyimizin taleyi necə olacaqdı! O, 1993-cü ilin oktyabr ayında ölkə başçısı seçildikdən sonra müstəqilliyimiz uğrunda daha ciddi və cəsarətli addımlar atmağa başladı, titanik zəhmət bahasına Azərbaycanı bütün dünyaya tanıtdı. Azərbaycan tarixinə xilaskar və qurucu lider kimi daxil olmuş Heydər Əliyev xalqını böyük məhəbbətlə sevmiş, xalq da onun sevgisini daim uca tutmuşdur. Ümumilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Bu gün ölkəmizdə davam edən genişmiqyaslı quruculuq işləri Heydər Əliyev zəkasının bəhrəsidir.

Etibar Sadıqov,

Cəlilabad rayon, Göytəpə şəhər

Dövlət Peşə Təhsili Mərkəzinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir