Cəmiyyət

Hacıqabulda qəza olub, üç nəfər xəsarət alıb

Sharing is caring!


Hacıqabulda baş verən qəzada üç nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 5 radələrində Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobilinin qəzaya uğraması nəticəsində Bakı sakinləri – 1993-cü il təvəllüdlü Həcər Zakir qızı Abdulmanafova, 1987-ci il təvəllüdlü Elşad Səfər oğlu Ağayev və Goranboy sakini, 1987-ci il təvəllüdlü Musa Çingiz oğlu Abbasov müxtəlif dərəcəli xəsarətlər aldıqlarından Şirvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir