Cəmiyyət

Ağcabədidə istehlaka yararsız ət aşkarlanıb – FOTO

Sharing is caring!


Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən Ağcabədi rayonu, Aşağı Avşar kəndində vətəndaş Elmir Kərim oğlu Nəbiyevə məxsus həyətyanı sahəyə baxış keçirilib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı baytarlıq ekspertizasından keçməmiş, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə normativ hüquqi aktların tələblərinə cavab verməyən 150 kiloqram istehlaka yararsız ət aşkarlanıb.

Müayinələrin aparılması üçün ətdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Eyni zamanda, istehlaka yararsız ət saxlanca qoyulub. Araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir