Cəmiyyət

Nazirliyin eksperti: “Qaydalara əməl etməklə yay aylarında balıq yemək olar”

Sharing is caring!


“Balıq və balıq məhsullarının saxlanma və daşınma qaydası düzgün həyata keçirilərsə, yay mövsümündə balıq yemək problem yaratmaz”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, qastroenteroloq Emin Məmmədov yay aylarında düzgün qidalanma ilə bağlı danışarkən deyib.

Mütəxəssis fikrini onunla əsaslandırıb ki, həmin məhsulların saxlanması və daşınması məsələsi çətin prosesdir:

“Xüsusilə də yay mövsümündə bu qaydalara ciddi riayət etmək lazımdır. Xəzər dənizinin sahilində yaşadığımızdan sadalanan qaydalara əməl etməklə yay aylarında balıq yemək olar”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir